"Roma" klubunun yarımmüdafiəçisi Lorenso Pelleqrini sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, futbolçu məşq zamanı zədələnib.
Məlumata görə, ilkin olaraq yüngül dartılma kimi görünən zədə futbolçunun meydanlardan uzun müddət kənarda qalmasına səbəb ola bilər. Onun yalnız bir aydan sonra sıraya dönəcəyi ehtimal olunur.
Bildirilir ki, yarımmüdafiəçi qarşıdan gələn "Cenoa" ilə, yeni ilin ilk həftəsində isə A Seriyası çərçivəsində əvvəlcə "Atalanta", daha sonra "Leççe" ilə qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, Roma təmsilçisi hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Bizim.Media