"Nottinqem Forest"in əfsanəvi futbolçusu Con Robertson vəfat edib.
Bizim.Media xəbər verir ki, İngiltərə təmsilçisinin sabiq yarımmüdafiəçisi 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, şotlandiyalı futbolçu 1970-1986-cı illərdə "Nottinqem Forest"in şərəfini qoruyub və komanda tarixinin mühüm simasına çevrilib.
O, karyerası ərzində iki dəfə Çempionlar Liqasının, bir dəfə UEFA Superkubokunun, bir dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İngiltərə Kubokunun və Superkubokunun qalibi olub.
Bizim.Media