İtaliyalı futbolçu Mauro İkardinin meneceri Elio Pino onunla bağlı yayılan transfer məlumatlarını rədd edib.
Bizim.Media xəbər verir ki, menecer 32 yaşlı hücumçunun yalnız “Qalatasaray”da oynamaq niyyətində olduğunu vurğulayıb və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, dünya mediasında İkardinin bu qış transfer pəncərəsində “Qalatasaray”dan ayrılacağı və bir sıra İtaliya klublarının onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Mauro İkardi “Qalatasaray”da 111 oyuna çıxıb, 71 qol vurub və 22 məhsuldar ötürmə həyata keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media