Lamin Yamal Avropanı driblinqlə fəth edib.
Bizim.Media xəbər verir ki, "Barselona"nın vingeri Lamin Yamal 2025/2026 mövsümündə Avropanın beş aparıcı liqasında ən çox driblinq edən futbolçu olub.
Məlumata görə, Yamal 153 dəfə rəqibini keçməyə çalışıb və bunlardan 78-i uğurlu alınıb. Cari mövsümdə 20 oyuna çıxan futbolçu 9 qol vurub və11 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2025-ci ilin yayında Lamin Yamal klubla müqaviləsini 2031-ci ilə qədər uzadıb.
Bizim.Media