Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.
Bizim.Media Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən xəbər verir ki, hücumçunun formasını geyindiyi "Panionios" klubu finalda "Olimpiakos"la qarşılaşıb.
Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb. P.Rəhimova qələbədən sonra AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşüb. O deyib:
"Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu "Olympiakos" idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək".
Bizim.Media