“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.
Bizim.Media “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Zədələr səbəbindən 26 yaşlı stoper bu mövsüm cəmi dörd oyun keçirib və Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
Qeyd etmək lazımdır ki, "Neftçi"nin hazırkı məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər təcrübəli məşqçinin rəhbərliyi altında "Krivbas"da oynayıb.
Bizim.Media