Argentinalı futbol ulduzu Lionel Messinin bacısı Mariya Sol Messi ABŞ-ın Mayami şəhərində baş verən yol-nəqliyyat hadisəsində ciddi xəsarətlər alıb.
Bizim.Media xəbər verir ki, Mariya Sol idarəetməni itirərək avtomobili divara çırpıb. Qəza nəticəsində onun onurğa sütununda sınıqlar, daban və bilək nahiyəsində xəsarətlər aşkar edilib.
Həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər.
Hadisə səbəbindən Mariya Sol Messinin 3 yanvar 2026-cı ildə Argentinanın Rosario şəhərində keçirilməsi planlaşdırılan toy mərasimi təxirə salınıb.
Hazırda yaralının müalicəsi davam edir, vəziyyətinin stabil olduğu bildirilir.

Bizim.Media