Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bununla da komandalar qış fasiləsinə yollanıb. Çempionatdakı fasilə 1 ay davam edəcək.
Qeyd edək ki, Premyer Liqa 2026-cı ilin yanvarın 23-də 17-ci turun matçları ilə bərpa olunacaq.
Xatırladaq ki, turun son matçında "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib.
Qarşılaşma paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda fasiləyə 2025/2026 mövsümünün qış çempionu olaraq yollanıb.
Bizim.Media