"Fluminense"dən ayrılan Tiaqo Silva Avropaya qayıdıb.
Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Silva "Portu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Tərəflər istəsələr, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.
Qeyd edək ki, Tiaqo Silva daha əvvəl "Milan", PSJ, "Çelsi", "Dinamo" (Moskva) kimi klublarda çıxış edib. Braziliya millisinin üzvü 2024/2025 mövsümünün ikinci yarısında "Portu"nun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media