Türkiyə Super Liqasının 17-ci turunda "Fənərbağça" səfərdə "Eyüpspor"un qonağı olub.
Bizim.Media xəbər verir ki, qarşılaşma "sarı-lacivərdlilər"in 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
20 dekabr
"Eyüpspor" – "Fənərbağça" - 0:3
Qollar: A.Taliska, 27, M.Asensio, 34, J.Duran, 75
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" oyun sayının çoxluğu ilə turnir cədvəlində liderliyə yüksəlib. "Eyüpspor" isə 13 xalla aşağı sıralarda qalıb.
Qeyd edək ki, liqanın ikinci dövrəsinin ilk turunda "Eyüpspor" "Konyaspor"un, "Fənərbağça" isə "Alanyaspor"un qonağı olacaq.
Bizim.Media