"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubla müqaviləsinin uzadılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, daha əvvəl Kataloniya təmsilçisinin almaniyalı mütəxəssislə sözləşməni 2028-ci ilin yayına qədər uzatmaq istədiyi bildirilmişdi. Bu barədə baş məşqçi "AS" nəşrinə danışıb:
"Məşqçi üçün il yarım böyük müddətdir. Bu klubda, Deko və bütün əməkdaşlarla işləməkdən çox şadam. Heyətim fantastikdir, mühit isə əladır. Mən burada prezident Joan Laportanın sayəsindəəm və onun mənə güvənməsi vacibdir. Mənim üçün daha il yarım qalmaq normaldır, amma məni həm də prezidentin öz vəzifəsində qalıb-qalmayacağı düşündürür. Əgər yaxşı oynayıb uğur qazansaq, bu, vacib olacaq".
Qeyd edək ki, 60 yaşlı mütəxəssisin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər
qüvvədədir.
Bizim.Media