Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Tanınmış idmançı Azad Məmmədov növbəti dəfə qeyri-adi bir sınağa imza atıb.

Bizim.Media yenisabah.az-a istinadən xəbər verir ki, o, Şəkidən Bakıya doğru piyada səfərə çıxıb. Artıq səfərin 9-cu günüdür və idmançının sözlərinə görə, təqribən bir gün sonra paytaxta çatması gözlənilir.

A.Məmmədov bu maraqlı yolçuluqla bağlı təəssüratlarını bölüşüb:

- Piyada səyahətə necə qərar verdiniz?

- Əslində, bu yol təkcə mənim yolum deyil. Bu səfərə 3 nəfər çıxmışıq: mən, oğlum Əsgər və Qadir müəllim. Bu, həm nəsillərarası, həm də dəyər daşıyan bir yürüşdür.
 

Bu ideyanın kökü daha əvvələ gedib çıxır. 2018-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tək Bakıdan Şəkiyə 6 günlük piyada səfər etmişdim.


Həmin təcrübə göstərdi ki, piyada yol insanı həm özünə, həm də məqsədinə daha yaxın edir. Bu dəfə isə Şəkidən Bakıya doğru yola çıxmaq qərarı verdik.

- Bəs bu səfər nə ilə bağlıdır?

- Səfərimiz iki əlamətdar tarixlə bağlıdır: 24 dekabr - Prezident İlham Əliyevin doğum günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Bu tarixlər yürüşümüzün əsas mənəvi dayaq nöqtələridir.

- Bu səfər sizə hansı hissləri və düşüncələri yaşadır?

- Səbr sakitlik və davamlılıq. Yol uzandıqca insan öz daxili dünyasına daha çox enir.
 

Fiziki yorğunluq olur, hava sərtləşir, amma bütün bunlar insanı dayandırmır - əksinə, möhkəmləndirir. 2018-ci ildə etdiyim səfərlə indiki yürüş arasında böyük fərq var: bu gün məsuliyyət daha böyükdür, baxış daha dərinləşib.


Bu yol təkcə mənim üçün deyil, bir dəyəri ifadə etmək üçündür.

- Yol boyu qarşılaşdığınız ən çətin və maraqlı an nə olub?

- Ən çətin anlar fıziki yorğunluğun artdığı, xüsusən soyuq havada uzun məsafələr qət etdiyimiz vaxtlar olur. Amma maraqlıdır ki, bu çətinliklər bizi ayırmır, əksinə, daha da yaxınlaşdırır.

Ən yadda qalan anlar isə yolda qarşılaşdığımız insanlardır. Dayanıb maraqlananlar, hal-əhval tutanlar, dua edənlər... O an anlayırsan ki, bu yürüş təkcə 3 nəfərin deyil, niyyətin, birliyin yoludur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: Martın 17-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 17-də baş vermiş tarixi hadisələr

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

End of content

No more pages to load

RADİO