Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yenidən klubunu dəyişməyi düşünür.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu Polşa təmsilçisi “Motor”dan ayrılmaq fikrindədir.
Buna səbəb forvardın heç cür əsas heyətə düşə bilməməsidir.
Lublin klubuna yay fasiləsində keçən Renat cari mövsüm oyunlarda əsasən ehtiyatdan meydana daxil olub. Polşa Ekstraklasasının əvvəlki 3 turunda iştirak etməyən Dadaşov “Yagelloniya” ilə son matçın (1:1) yalnız 8 dəqiqəsində komandasına kömək edib.
“Motor”da istəyinə nail olmayan hücumçu artıq yeni təklifləri dəyərləndirmək qərarına gəlib. O, qış fasiləsində yeni komandaya keçməyi planlaşdırır.
Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media