Yuri Vernidub: “Men sehrbaz deyiləm”

"Neftçi" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə hesabını niyə saxlaya bilmədiz?

- 65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da "Neftçi" nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şanslarımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yoğrun şəkildə oynadı.
 

Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli qədər olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda "Karvan-Yevlax"la oyunumuz var.


Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə olaraq düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır.

"Neftçi"nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada "Dinamo" və "Şaxtyor"la müqayisə edirəm. "Neftçi" tarixi klubdur, Azərbaycan üçün brenddir.

- Sizin qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?

- Böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm.

İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyu sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər.. Buna inanıram. İnanmasam, bura gəlməzdim.

- Əlinizdə olan heyət qarşınıza qoyulan hədəflərə çatmaq üçün yetərlidir?

- Komandada olanlar pis oyunçular deyillər. Yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun.
 

Vaxt da azdır. Dekabrın 20-si sonuncu oyunumuzdur. Yanvarın 23-ü isə yeni ilə ilk matça çıxacağıq. Cəmi 1 ay xatımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir.


Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. Bu da effekt verməyəcək.

- "Neftçi"nin bu mövsüm bir oyunda bu qədər qol epizodu yaratdığını xatırlamırıq.

Qısa müddətdə nəyi dəyişdiz ki, komanda belə məzmunlu oyun göstərdi?


- Düşünürəm ki, ilk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir.

Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır.
 

Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi.


Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi.

- Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?

- Bassala Sambu çox böyük iş gördü, "Sumqayıt"ın oyunçularına yaxşı pressinq tətbiq etdi.

Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm.
 

O, belə məqamlarda çox qollar vurub. Abubakarın "Portu"da, "Beşiktaş"da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim.


Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

End of content

No more pages to load

RADİO