“Əl-Hilal” (Səudiyyə Ərəbistan) klubunun müdafiəçisi Joau Kanselu təyyarə reysi zamanı onu telefonla çəkən sərnişinə qarşı aqressiv davranıb.
Bizim.Media xəbər verir ki, bu haqda “AS” nəşri məlumat yayıb.
Hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Portuqaliya millisinin 31 yaşlı futbolçusunun onu çəkən sərnişinə yaxınlaşdığı, əvvəlcə zarafat xarakterli dialoqun baş verdiyi, lakin sonradan bunun sözlü mübahisəyə çevrildiyi görünür.
Daha sonra Kanselu sərnişinin əlindən tutaraq çəkilişi dayandırmağa çalışıb.
Bizim.Media