Bolqarıstan kubokunun 1/8 final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə "Çerno More" ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hüseynov bütün matçı meydanda keçirib. Beləliklə, “Arda” kubokda 1/4 finala yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media