Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti, aylıq maaşı, ailəsi...

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir.
İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub. Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər.

Bəs, bu qədər müzakirə olunan Nəriman kimdir?

Bizim.Media xəbər verir ki, əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.

"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.

Nəriman Axundzadə 2022-23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.

Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.

N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa" klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.

O, "Qarabağ"da hazırda 7 nömrə ilə çıxış edir. Qeyd edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi.

Boyu 1.85 m,oyunçu kimi dəyər qiyməti 2 milyon avrodur.Nəriman Axundzadə 2 milyon avro ilə Azərbaycanın ən bahalı oyunçusudur.

Nəriman Axundzadənin aylıq maaşı "Qarabağ"da ilk vaxtlar 1700 AZN olub, lakin yaxşı çıxışından sonra 5000 AZN-ə qaldırılıb, daha sonra isə xarici klubların təkliflərinə görə onun aylıq gəlirinin artırıldığı bildirilir (bəzi xəbərlərdə aylıq maaşının 12.000 AZN-ə qədər çatdığı, ərəblərdən 3 qat artıq təklif aldığı qeyd olunur), lakin dəqiq rəqəm açıqlanmır. (Oxu24.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

End of content

No more pages to load

RADİO