İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Çelsi"ni çalışdıran Entso Mareska ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Çelsi" noyabr ayında İngiltərə çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 15 turdan sonra 25 yaş toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizim.Media