Bu gün Azərbaycan kubokunda 1/8 finalın növbəti oyunları keçirilib.
Bizim Media xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
Öncə “Şamaxı” “Baku Sportinq”i yeganə qolla mübarizədən kənarlaşdırıb. “İmişli” isə “Sabah”ı qəbul edib. Əlavə vaxta gedən və 3 qolun vurulduğu matçın yekununda sevinən tərəf paytaxt təmsilçisi olub.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
“Şamaxı” – “Baku Sportinq” 1:0
Qol: Abdullahi Şuaybu, 69.
“İmişli” – “Sabah” 1:2
Qollar: İbrahim Əliyev, 89-pen – Coy-Lens Mikels, 59. Kahim Parris, 96
Bizim Media