“Mançester Siti”nin qapıçısı Ceyms Trafford komandadan ayrılmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, buna səbəb 23 yaşlı qapıçının əsas heyətdəki yerini Canluici Donnarummaya itirməsidir.
İngiltərəli qapıçı ilə “Vulverhempton” və bir neçə Avropa klubu maraqlanır. Lakin baş məşqçi Xosep Qvardiolanın gənc oyunçunu komandadan yollamaq istəmədiyi vurğulanır. İspaniyalı mütəxəssisin Traffordun əvəzinə digər qapıçı Ştefan Orteqanı komandadan göndərməyə üstünlük verdiyi bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 6 oyunda iştirak edən Ceyms Traffordun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Bizim.Media