Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Veteran müdafiəçi İstanbul Fond Birjasında müəyyən səhm əməliyyatlarında manipulyasiya etməkdə təqsirləndirilir.
Onunla yanaşı, daha 11 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində “Fənərbağça” və “Beşiktaş” kimi tanınmış komandalarda çıxış edib.
Bizim.Media