“Qarabağ”ın brazilyalı sabiq qapıçısı Vaqner da Silva karyerasını bitirməyə tələsmir.
Bizim.Media xəbər verir ki, 39 yaşlı qolkiper ən azı daha bir il vətənində yaşıl meydanlardakı çıxışını davam etdirəcək.
Silva hazırda şərəfini qoruduğu “Operario” ilə yeni müqaviləyə qol çəkib.
B Seriyasında çıxış edən Ponta-Qrosa təmsilçisinin heyətdə saxlayacağı dəqiqləşən 4 oyunçudan biri də Vaqner olub. Onun sözləşməsi 2026-cı ilin noyabrına qədər uzadılıb.
Qeyd edək ki, Vaqner da Silva 2018-ci ilin yayından 2019-cu ilin sonuna qədər Azərbaycanda “Qarabağ”ın formasını geyinib.
Bizim.Media