İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Vilyarreal"ın Marselino Qarsiya Toral ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis sorğuda Dieqo Simeone ("Atletiko") və Hans Fliki ("Barselona") qabaqlayıb.
Qeyd edək ki, "Vilyarreal" noyabr ayında İspaniya çempionatında keçirdiyi 4 oyunun hamısısnda qələbə qazanıb.
"Sarı sualtı qayıq" 13 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media