Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin 5 xal fərqi ilə qələbəsiylə bitib - 90:95.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub.
Bizim.Media