"Milan" futbolçusu Santyaqo Ximenezlə yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
24 yaşlı hücumçu baş məşqçi Massimiliano Alleqrinin taktiki planlarına uyğun gəlmir.
Klub rəhbərliyi yanvar ayından etibarən meksikalı üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Bununla belə, "Milan" oyunçu üçün 30 milyon avro almağı planlaşdırır.
Qeyd edək ki, Santyaqo Ximenez cari mövsüm "Milan"ın heyətində 11 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizim.Media