Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan kikboksinq Fedarasiyasının vitse-prezidenti, dəfələrcə Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında iki qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" növlərində yarışlara qatılan E.Məmmədov hər iki versiya üzrə iki qızıl medal qazanıb.
Bizim.Media