Avrokuboklarda bu həftə görüşlər başa çatdıqdan sonra ölkələrin reytinq cədvəlində dəyişiklik olub.
Bizim.Media xəbər verir ki, ÇL-in 5-ci turunda "Napoli"yə səfərdə məğlub olan "Qarabağ" xal qazana bilməyib.
Belədə, Azərbaycanın UEFA reytinqində geriləməsinə səbəb olub. Hazırda Azərbaycan 22.250 xalla 26-cı pillədədir.
"Şaxtyor"(Donetsk, Ukrayna) Konfrans Liqasında "Şemrok Rovers"i məğlub edib (2:1) və reytinqə 0.500 xal qazandırıb. Ukrayna 22.350 xala çataraq Azərbaycanı ötüb və 25-ci pilləyə yüksəlib.
Bizim.Media