“Qalatasaray” klubunun prezidenti Dursun Özbək “Fənərbağça” ilə derbi matçından öncə komandanın hücumçusu Viktor Osimhenin durumu barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, klub rəhbəri zədəsini sağaldan nigeriyalı futbolçunun bazar ertəsi baş tutacaq qarşılaşmada heyətdə yer alacağını bildirib.
O, digər zədəli futbolçuların da sıraya dönəcəyini və komandanın derbidə yüksək performans göstərməyi hədəflədiyini vurğulayıb.
Dursun Özbək son vaxtlar yaşanan problemlərə baxmayaraq “Qalatasaray”ın bu çətinliklərin öhdəsindən gələcək gücdə olduğunu və meydandan qələbə ilə ayrılmaq istədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, “Fənərbağça” - “Qalatasaray” qarşılaşması 1 dekabrda baş tutacaq.
Bizim.Media