Bu gün Azərbaycan 1-ci liqasında 9-cu turun növbəti oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə üç qarşılaşma oynanılıb.
Lider “Şəfa” səfərdə “Şahdağ Qusar”a qalib gəlib. “Difai” MOİK-ə, “Səbail” isə “Cəbrayıl”a uduzub.
27 noyabr
Azərbaycan 1-ci liqası
9-cu tur
14:30 "Difai" – MOİK - 1:2
Qollar: K.Qardaşlı, 10 - S.Fərəcov, 24, 57
Ağsu şəhər stadionu
14:30 "Şahdağ Qusar" – "Şəfa" - 0:2
Qollar: P.Azadov, 43, E.Cəfərov, 70
Şamaxı OİK stadionu
15:00 "Səbail" – "Cəbrayıl" - 0:2
Qollar: A.Eli, 49, D.Açimi, 82
“ASCO Arena”
26 noyabr
"Şimal" - "Zaqatala" - 0:4
Bizim.Media