Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda "Karvan-Yevlax" klubunun yarımmüdafiəçisi Vadim Abdullayevin 1 oyunluq cəzalandırılmasına qərar verilib.
Buna səbəb Abdullayevin Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə oyunundan sonra mediaya futtbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verməsi olub.
V.Abdullayev "Kəpəz"lə oyundan sonra özü bilərkdən sarı vərəqə aldığını açıqlayıb. O, cəzasını "Qarabağ"la oyunda çəkərək 14-cü turda "Şamaxı" ilə matçda meydanda olmaq istədiyini deyib. Bu açıqlaması isə onun "Şamaxı" ilə görüşü də burxmasına səbəb olacaq.
Bizim.Media