“Misli Premyer Liqası”nda daha bir istefa reallaşıb. 12-cu turdakı ev oyununda “Kəpəz”ə uduzaraq (1:2) sonuncu pilləyə düşən “Karvan-Yevlax” baş məşqçisi ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, 12 oyuna 5 xal toplanılmasını Azər Həşimova bağışlamayıblar.
Mövsümün əvvəlində baş məşqçi postuna təyinat alan elitanın debütantı uğursuzluqda əsas günahkar bilinərək yola salınıb.
Bölgə təmsilçisi ayrılığı bu gün rəsmən açıqlayacaq. Komandanın yeni baş məşqçisinin adına da gün ərzində aydınlıq gələcək.
Bizim.Media