Misli Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Sabah" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Neftçi" klubu "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:30-da başlayacaq.
Bizim.Media