"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hazırda "İnter Mayami"də çıxış edən Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı haqda danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis 38 yaşlı hücumçunu çalışdırmaq istədiyini deyib:
"Messi ilə işləmək? Niyə də olmasın? O, 21-ci əsrin yaxşı oyunçusudur. Mən Messinin oyununu həmişə yüksək qiymətləndirmişəm. Amma onun 2028-ci ilə qədər müqaviləsi var, mənim isə 2027-ci ilə qədər".
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Son vaxtlar isə futbolçunun kluba qayıda biləcəyinə dair xəbərlər yayılıb. Messi özü də sosial şəbəkələdəki paylaşımında "Barselona" üçün darıxdığını bildirib.
Bizim.Media