"Qarabağ"ın Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"la qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi bu görüşə itkilərlə çıxacaq.
Qurban Qurbanov Kadi Borges və Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb isə onların zədəli olmasıdır.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü noyabrın 21-də keçiriləcək və matça 19:00-da start veriləcək.
Bizim.Media