“Barselona” klubu yenidənqurma işlərindən sonra “Kamp Nou” stadionunda keçirəcəyi ilk oyun üçün xüsusi sürpriz hazırlayıb.
Bizim.Media xəbər verir klubun mətbuat xidmətinin məlumatına görə, noyabrın 22-də "Atletik Bilbao"ya qarşı baş tutacaq matçın rəmzi ilk vuruşu fərqli olacaq.
Kataloniya təmsilçisi sosial şəbəkə hesabında bu anın xüsusi olacağını bildirsə də, təfərrüatları gizli saxlayıb.
Qeyd edək ki, stadion 2023-cü ilin yayında təmirə bağlandığı üçün komanda ev oyunlarını Luis Kompanis adına Olimpiya stadionunda keçirirdi.
Bizim.Media