FIFA milli komandalar yeni reytinq siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1132.97 xalla 127-ci yerdədir. Millimiz oktyabr ayında 142.25 xalla 123-cü pillədə idi.
Qeyd edək ki, reytinq cədvəlinə İspaniya (1877.18 xal) başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media