“Monako”nun yarımmüdafiəçisi Pol Poqba yaşıl meydanlara qayıtmağa hazırdır.
Bizim.Media xəbər verir ki, qayıdış artıq qarşıdakı “Renn”lə matçında baş verə bilər. Bu barədə L’Equipe məlumat yayıb.
Baş məşqçi Sebastyan Pokonolyinin ehtiyatlı açıqlamalarına baxmayaraq, 32 yaşlı fransalı futbolçu 2 illik fasilədən sonra meydana çıxmağa tam hazırdır.
Poqba yayda “knyazlıq” təmsilçisinə qoşulsa da, hələ də debüt etməyib. “Renn” - “Monako” qarşılaşması noyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, “Monako” hazırda Liqa 1-də turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media