Şimali Amerika ölkələrində - ABŞ, Kanada və Meksikada 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının daha beş iştirakçısı məlum olub.
Bizim.Media xəbər verir ki, bunlar İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika yığmalarıdır.
DÇ-2026-da iştirak edəcək yığmaların tam siyahısı artıq belədir:
ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika.
DÇ-2026-da iştirak üçün daha doqquz yer qalıb.
Bizim.Media