“Mançester Yunayted” Karlos Balebanı heyətinə qatmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, klub 2026-cı ilin yay transfer pəncərəsində “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanı transfer etmək niyyətindədir.
21 yaşlı futbolçu uzun müddətdir “qırmızı şeytanlar”ın diqqət mərkəzindədir. Həmçinin futbolçunun da bu transferə maraqlı olduğu bildirilir.
Məlumata görə, “Brayton” isə ulduz oyunçusunu buraxmaqda tələsmir və yüksək məbləğdə transfer haqqı tələb edir.
Qeyd edək ki, futbolçunun "Brayton"la cari müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Bizim.Media