19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin matçında qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media