"Əl-İttihad” klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq fransalı hücumçu Kərim Benzema gələcəyi ilə bağlı hələ qərar verməyib.
Bizim.Media xəbər verir ki, 38 yaşına yaxınlaşan futbolçu klubda qalmaq və ya Avropaya qayıtmaq variantlarını nəzərdən keçirir.
Hazırkı klubunda hər şeyin kifayət qədər yaxşı olduğunu bildirən hücumçu eyni zamanda “Real”ın və Çempionlar Liqasının oyunlarını yaxından izlədiyini qeyd edib. O, Avropadan təkliflərin olduğuna diqqət çəkərək klub rəhbərliyi ilə ətraflı müzakirə aparmadan heç bir qərar verməyəcəyini bildirib.
Benzema həmçinin karyerasını bitirməsi ilə bağlı danışarkən hələ ki iki il futbol oynayacağını vurğulayıb.
Bizim.Media