“Mançester Siti” “Nyukasl”ın müdafiəçisi Valentino Livramento ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, 23 yaşlı futbolçu “şəhərlilər”in 2026-cı ilin yay transfer pəncərəsində namizədlər siyahısına daxil edilib.
Eyni zamanda “Mançester Yunayted” klubu da futbolçunu yaxından izləyir, lakin hələlik konkret addım atmayıb.
Qeyd edək ki, futbolçunun “Nyukasl”la hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Cari mövsümdə müdafiəçi səkkiz oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media