"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə qarşılaşacağı "Napoli" (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, klubdan asılı olmayan səbəblərə görə, qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.
Hazırda "Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər biletləri onlayn qaydada əldə edə bilərlər.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.
Bizim.Media