Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Fransa ilə keçirilən qarşılaşmada komandanın ən yaxşı futbolçusu olub.
Bizim.Media “Sofascore”a istinadla xəbər verir ki, 25 yaşlı hücumçu matçı 7,2 xalla başa vurub.
Onun vurduğu qol isə Renat Dadaşovun Azərbaycan yığmasının heyətində altıncı qolu kimi qeydə alınıb.
Qeyd edək ki, ötən gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub.
Bizim.Media