Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.
Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.
D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 1:0.
Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.
Bizim.Media