"Real"ın müdafiəçisi Trent Aleksander-Arnold milli komanda oyunları üçün yaranan fasilədən istifadə edərək formasını bərpa etmək üçün xüsusi hazırlıq proqramına başlayıb.
Bizim.Media xəbər verir ki, 27 yaşlı müdafiəçi bu məqsədlə milliyə qoşulmaqdan imtina edib və Madrid klubunda qalıb.
O, məşqçi Xabi Alonso və onun məşqçilər korpusunun hazırladığı xüsusi hazırlıq proqramını keçəcək. Bu plan istirahət, fiziki hazırlıq və psixoloji bərpadan ibarət olmaqla kompleks yanaşmanı əhatə edir. Həmçinin futbolçunun özünəinamını bərpa etməsinə kömək etməyi hədəfləyir.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Real"a 2025-ci ilin yayında "Liverpul"dan transfer olunub. O, cari mövsümdə 16 matçdan yalnız 7-də iştirak edib və heç birində 90 dəqiqə meydanda olmayıb. Müdafiəçinin bu mövsüm yeganə məhsuldar ötürməsi Klublararası Dünya Çempionatında "Borussiya"ya (Dortmund) qarşı oyunda qeydə alınıb.
Bizim.Media