Yaponiya ilə Qana yığmaları arasında keçirilən yoldaşlıq görüşü(oyun Yaponiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb -red) ağır zədə ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, qanalı futbolçu Frensis Abu matçın bir epizodunda dəhşətli zədə alıb - onun topuğu tam əks istiqamətə dönüb.
Futbolçu dərhal xəstəxanaya aparılıb. Həkimlərin ilkin məlumatına görə, Abuda bir neçə sınıq aşkarlanıb və o, böyük ehtimalla dünya çempionatını buraxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media