Portuqaliya Futbol Federasiyası millinin kapitanı Kriştiano Ronaldonun DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda (2:0) qırmızı vərəqə alması ilə bağlı şikayət edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
40 yaşlı hücumçu həmin qırmızı vərəqəyə görə 2-3 oyunluq cəzalandırıla bilər. Bu da onun üçün DÇ-2026-nın final mərhələsinin ilk turlarını buraxmaq riski yaradır.
FPF tezliklə FİFA-ya 40 yaşlı futbolçunun cəzasının yüngülləşdirilməsi lehinə arqumentlər təqdim edəcək.
Qeyd edək ki, Ronaldo sözügedən görüşdə irlandiyalı müdafiəçi Dara Oşiyə dirsəklə vurduğuna görə qırmızı vərəqə alıb.
Bizim.Media