Azərbaycanın II Liqasında çıxış edən “Şəmkir” klubunun rəhbərliyində dəyişiklik baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub.
Bildirilib ki, yeni rəhbərliyin məqsədi komandanın idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir”i daha yüksək hədəflərə doğru aparmaqdır.
Qeyd edək ki, hazırda “Şəmkir” 12 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Bizim.Media