"Real"ın sabiq baş məşqçisi, hazırda Braziliya millisini çalışdıran Karlo Ançelotti keçmiş futbolçusu Luka Modriç haqqında danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis hazırda "Milan"ın formasını geyinən40 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib:
"Ən yüksək səviyyədə oynamağa davam etdiyi üçün çox şadam. Bu, mənim üçün heç də təəccüblü deyil. Çünki onun bir məqsədi var - dünya çempionatı. Modriç "Real"da heç bir məşqi buraxmayan yeganə oyunçu idi".
Qeyd edək ki, Ançelotti 2013-2015 və 2021-2025-ci illərdə Madrid təmsilçisini çalışdırıb. Modriç isə 2012-2025-ci illərdə bu komandada oynayıb.
Bizim.Media